!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

10-15 manata görə həyatını təhlükəyə atan sürücülər – VİDEO

!Reklam – Yazi

Bu ilin birinci rübündə 162 insan həyatını avtomobil qəzasında itirib. Respublika ərazisində baş verən 376 yol nəqliyyat hadisəsi nəticəsində 343 nəfər xəsarət alıb.

Yenicag.az xəbər verir ki, Azərbaycanda qəzaların yaranma səbəblərindən biri də avtomobillərin üzərinə quraşdırılan köhnə şinlərdi.

Şin satıcısı Əjdər Əliyev köhnə şinlərdən istifadədən danışarkən bildirib ki, alıcılar ucuz olduğuna görə işlənmiş təkərə üstünlük verir:

“Biz onların özlərinə də deyirik ki, işlənmiş təkərə siz fikir verməyin. Cəmisi 10-15 manat arasında fərq var onun. Ona görə də həyatınızı təhlükəyə atmaq lazım deyil”.

Satıcıların fikrincə təzə şinlərin baha olması sürücüləri köhnə şinlərdən istifadə etməyə vadar edir.

Sürücü Akif Niftəliyev köhnə təkərlərdən çox istifadə etdiyini deyib:

“Özüm də çox işlətmişəm o təkərlərdən. Ama keyfiyyətli deyil. Bir həftə, on gün gedirdi. Köhnə təkərlərin işlənməsi böyük faciəyə gətirib çıxarır. Sərnişinə, maşına, piyadaya, təhlükə yarada bilər”.

Satıcı Mübariz Hüseynov təzə şinlərin baha olduğuna görə az alındığını vurğulayıb:

“Baha olduğuna görə az alınır. Təzə şinin qiyməti təxminən 100 manatdan yuxarı olur. 50% düşüb alıcılıq qabilliyəti”.

Təkər təmirçiləri də deyir ki, xüsusilə isti havalarda bu cür köhnə şinlərin təmiri üçün müraciət edən müştərilər çox olur.

Təkər təmirçisi Rasim Əmirov köhnə təkərləri təmir etdirənlərin çox olduğunu deyib: “Srok”u getmiş təkər olur. Məcburdu ki, yamaq vursun. Odur ki, keyfiyyəti qalmır. İsti havalarda da təkər dözmür”.

Əslində isə köhnə şinlərdən istifadə məsləhət görülmür. Çünki belə şinlər sürücülər və sərnişinlərin həyatı üçün təhlükəlidir. Avtomobillərdə təzə şinlərdən istifadə olunmalıdır. Dövlət yol polisi əməkdaşları köhnə şinlərdən istifadənin qəzalara gətirib çıxartdığını deyir.

Baş inspektor Zamiq Ağayev köhnə şinlərdən istifadənin yaratdığı təhlükədən danışarkən bildirib:

“Elə təkərlər var ki, istismar müddəti başa çatmış olur həmin təkərlər atması nəticəsində yol nəqliyyat hadisələri baş verir. Avtomobildə şinlər əgər normativ tələblərə uyğun deyilsə sürücülər qanunla məsulliyyətə cəlb olunmalıdı. Barələrində inzibati protokollar tərtib olunmalıdı. Reydlər zamanı belə hallar aşkarlanarsa tədbirlər görülür”.

İstismar müddətini başa vuran şinlərdən istifadəyə görə 50 manat cərimə də nəzərdə tutulur.

www.yenicag.az

2158
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv