10 bənddən ibarət sülh formulu – Zelenski xalqa müraciəti etdi

Ukrayna prezidenti Vladimir Zelenski xalqa müraciətində Fransanın onlara tanklar göndərdiyini açıqlayıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski tərəfdaşlarına səslənərək daha çox texnika vermələrini bildirib.

“Bu, bütün digər tərəfdaşlarımıza açıq siqnaldır. Qərb tipli tankların hələ də Ukraynaya göndərilməməsinin heç bir məntiqi səbəbi yoxdur. Fransa Ukraynaya müdafiə dəstəyini artırmaqla yeni səviyyəyə qaldırır və bu liderliyə görə Prezident Makrona təşəkkür edirəm”.

Ehtimal edilən sülh barədə isə Zelenski bunları deyib:

“Biz təşəbbüsümüzü (Sülh Formulumuzu) bütün liderlərlə müzakirə edirik. Bu 10 açıq maddədən ibarətdir: Bütün təhlükəsizlik aspektləri, ərazi bütövlüyümüz, rus qoşunlarının Ukrayna ərazisindən tamamilə çıxarılması və ədalətin tam təmin edilməsi, yəni bu hücuma, Ukrayna və ukraynalılara qarşı cinayətlərə görə məsuliyyət daşıyanların hamısının cəzalandırılması, eləcə də bütün zərərin ödənilməsidir”.