!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

10 dini icmaya pul ayrıldı

!Reklam – Yazi

94833İyulun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, toplantıda Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və dini icmaların sədrləri iştirak ediblər. Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, maliyyə vəsaitinin icmalara verilməsi ilə bağlı Qiymətləndirmə Komissiyası icmalar tərəfindən təqdim edilən layihələri müzakirə edib. Daha sonra komissiya həmin layihələrə uyğun olaraq icmalara vəsaitin ayrılması barədə qərar qəbul edib.


Mübariz Qurbanlı 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirib.

Sədr ayrılan vəsaitin müvafiq icmalar tərəfindən yerlərdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliğinin gücləndirilməsinə, dini radikalizmlə mübarizəyə sərf edilməli olduğunu vurğulayıb. Mübariz Qurbanlı icmalar tərəfindən layihələrin reallaşmasının radikalizmlə mübarizədə də öz müsbət təsirini göstərəcəyini bildirib.

Dövlət Komitəsinin sədri dini icma nümayəndələrinə həyata keçirəcəkləri layihələrə daha çox gəncləri cəlb etmələrini tövsiyə edib. Milli-mənəvi dəyərlərimiz olduğu kimi gənclərə çatdırılmalıdır ki, bu işdə də dini icma rəhbərlərinin üzərinə böyük məsuliyyət düşür. Tədbirin sonunda dini icma sədrləri çıxış edib, dini icmalara ayrılan vəsaitə görə dövlət başçısı İlham Əliyevə təşəkkürlərini bildiriblər.

www.yenicag.az

665
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv