“Ronaldo dəli, kobud, yalançı və psixoloji problemli biridir”.
Yenicag.az xəbər verir ki, bu sözləri 10 il öncə futbolçu ilə evgili həyatı yaşayan ingilis model Yasmin Lennard deyib.
Model Rnaldonun ittiham edildiyi təcavüz qalmaqalında zərərçəkmiş Ketrin Mayorqaya kömək edəcəyini bidirib.
“İnsanlar Ronaldonun necə biri olduğunu bilsəydi şok keçirərdi” – deyə ingilis model əlavə edib.
“Artıq Ronaldonun yalan söyləməsinə seyrçi qalmaq fikrində deyiləm. Ketrin Mayorqaya kömək edəcəm. Bilirəm ki söylədiklərimə kimsə inanmayacaq. Amma əlimdə yetərli mesaj və sübutlarım, həm də qızım var” – deyə Yasmin Lennard sözlərini tamamlayıb.