Texnologiyanın sürətli inkişafı ilə bəzi iş yerləri və xidmət sahələrinin perspektivi azalır. Bəziləri isə avtomatlaşdırılaraq yenillənməyə doğru addımlayır.
Yenicag.az dünya mesiasına istinadən xəbər verir ki, “Goldman Sacs” Beynəlxalq İnvestisiya Şirkətinin apardığı araşdırmalar belə bir nəticə ortaya çıxarıb.
Belə ki, adıçəkilən qurum süni intelektin inkişafıyla bağlı hesabat yayımlayıb. Hesabatda qeyd edilir ki, yaxın gələcəkdə süni intellekt ABŞ və Avropada iş yerlərinin dörddə birinin yox olmasına səbəb ola bilər.
Həmçinin müstəqil ekspertlər və mütəxəssislərin araşdırmalarına görə, yaxın 10 il ərzində mövcud işlərin ən azı 65 faizini süni intellekt tərəfindən edilə biləcəyi bildirilir. Bununla da süni intelekt təqribən 300 milyon insanı işsiz qoymaq təhlükəsi yaradıb.