!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

10 ildir ad günü keçirməyən Bəhram Bağırzadə: "Dua edirəm ki..."

!Reklam – Yazi

Bu gün əməkdar artist, tanınmış aktyor Bəhram Bağırzadənin doğum günüdür.

Aktyor təəssüratlarını Yenicag.az-la bölüşüb:

“On ildir ki, doğum günümü qeyd etmirəm. Çünki sentyabrın 17-i atamın dünyadan köçdüyü gündür. Vaxt olar, nə vaxtsa, yubileylərimin birini qeyd edərəm, atamın da ruhu şad olar. Bu gün 4-5 ailə üzvlərimlə yığışıb oturacağıq, vəssalam. Mənim üçün rəqəmlərin əhəmiyyəti yoxdur. Yaş üstünə yaş gəlirsə, deməli yaşayıram. Allah hər adama yaşlanmaq qismət eləmir. Baba olmaq istəyirəm və bu hissləri də yaşamaq arzusundayam. Dua edirəm ki, o günü görə bilim”.

Cəvahir

www.yenicag.az

7080
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv