!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

10 illik cütlükdən şok qərar – Ər cinsini dəyişdi – Fotolar

!Reklam – Yazi

015-600x400dcfvbBöyük Britaniyada qəribə hadisə yaşanıb. 10 illik ailə həyatından sonra Heri Freri həyat yoldaşına qadın olmaq istədiyini etiraf edib. Lakin bu, onların sevgisinə mane olmayıb. Hətta cütlük iki gəlinin evlənəcəyi yeni toy etmək barədə düşünür.

Sözügedən hadisə Böyük Britaniyanın Nolfolk adasında baş verib.

2006-cı ildə tanış olan cütlük 2013-cü ildə ailə qurub. Bu nikahdan cütlüyün Leyla adında qızı dünyaya gəlib. Leyladan əlavə Eminin öncəki ailəsindən iki oğlu da olub.

2014-cü ildə ailədə gərginlik yaşanıb. Belə ki, ər həyat yoldaşına kişi olmağın onun üçün rahat olmadığını etiraf edib. Bundan əlavə Heri 12 yaşından Melissa adlanmaq istədiyini bildirib.

Əvvəllər də ərində qəribəliklər hiss edən və onu öz paltarlarını üzərində yoxlayarkən görən Emi buna heç vaxt əhəmiyyət verməyib.

Heri 12 yaşından bacısının paltarlarını götürüb, gizlin geyinməyi sevdiyini deyib. Lakin o transseksual olduğunu bilməyib: “Mən əmin ola bilmirdim. Çünki Emini sevirdim və hələ də sevirəm. Hesab edirdim ki, transseksualları ancaq kişilər maraqlandırır”.

Bu etirafdan sonra ailə üçün hər şey bitmiş kimi görünsə də, cütlüyün sevgisi bunun da öhdəsindən gəlib. Emi ərinin problemini anlamağa çalışıb: “O, həyatımdakı ən böyük sevgim idi. Ona görə də, onunla münasibətləri kəsmək istəmirdim. Uşaqlar yatdıqdan sonra biz qadın paltarlarında görüşdük. Bu yeni insanla tanışlığa bənzəyirdi”.
Cütlük hazırda əvvəlkindən daha çox xoşbəxt olduqlarını və buna görə də yenidən toy etmək istədiklərini bildiriblər.

“İndi mən Melissa ilə birgə yaşayıram və özümü xoşbəxt hiss edirəm. Üstəlik Melissa artıq depressiyadan çıxıb və sakit həyat tərzinə başlayıb”,- deyə Emi qeyd edib.

Bir aydan sonra cütlük uşaqlara hər şeyi danışıb. Uşaqlar artıq iki anaları olacağı xəbərini müsbət qarşılayıblar. İndi Melissa cinsini dəyişmək üçün əməliyyata hazırlaşır(Aznews)

www.yenicag.az

1169
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv