10 manata bədənlərini satan 14 yaşlı qızlar

Belçika polisi insan tacirləri tərəfindən ölkəyə gətirilən 14-16 yaşlı qızların 5 avrodan (10 manat) başlayaraq bədənlərini satdığını açıqlayıb.

Yenicag.az xəbər verir ki, Brüsselə gətirilən qızların yaşı az olsa da, problemlər getdikcə böyüyür.

İnsan alveri üzrə mütəxəssis olan Franz – Manuel Vandelook bildirib ki, 20 ildir bu problem var. Lakin aiddiyatı qurumları bunu görməzdən gəlir. Onun sözlərinə görə, Belçika ilə yanaşı, digər Avropa ölkələrində də Nigeriyadan olan seks işçilərinin sayı ciddi şəkildə artır.

Vandelook qeyd edib ki, 14-16 yaşlı qızları aldadan insan qaçamalçıları onlara yaxşı yaşayış və ailələrinə yüksək miqdarda pul göndərmək vədi ilə aldadırlar. Afrikalı qızlar Avropaya Liviyadakı insan tacirləri vasitəsi ilə qaçırılar. Bəzən onlar yolda dəfələrcə zorlanırlar.

Vandelook onu da bildirib ki, qızlar Avropaya gəlmək üçün tacirlərə 40 min avro borclanırlar. Bu məbləği ödəmək üçün də fahişəliklə məşğul olmağa məcbur qalırlar. Qızlar gün ərzində az 15 nəfərlə yatırlar və bu, bütün il boyu davam edir.