10 min dollarlıq qızıl klaviatura 

Texnologiya məhsulları arasında qızılın adətən telefonlarda istifadə edildiyin görmüşük. Ancaq bu dəfə bir oyunçu klaviaturası 24 karat qızıldan istifadə edilərək hazırlanıb. Əslində bu klaviatura bir müddətdir satışa çıxarılan “XPG Summoner” klaviaturasıdır. Ancaq dəyişən tək şey klaviaturanın qızılla bəzənməsidir.

Yenicag.az techland.az-a istinadən bildirir ki, klaviatura texniki olaraq heç bir xüsusi özəlliyə sahib deyil. Yəni bu 10.000 dollarlıq klaviaturanın tək fərqi qızıl örtüyə sahib olmasıdır. Qiymətinin normal klaviatura ilə müqayisədə dəfələrlə baha olmasına baxmayaraq sərgi zamanı bu klaviatura satılıb. Belə ki, dünyanın ən bahalı klaviaturalarından biri olan bu məhsul ərəb şeyxi tərəfindən alınıb.