10 min ev işıqsız qalıb

9d6ffe898f7c09f491cf2a420bc71072Finlandiyada güclü külək və qar 10 min evi elektrik enerjisiz qoyub.

Təkcə Şimali Savo və Şimali Kareliya regionunda 8 min ev işıqsız qalıb.

Qeyd olunur ki, güclü külək və sulu qar elektrik enerjisinin verilişinin bərpası üzrə işləri çətinləşdirir.

Meteoroloqların proqnozlarına əsasən, ölkə ərazisində qeyri-sabit, küləkli hava hələ bir neçə gün davam edəcək.

(apa.az)