10 minə yaxın məhkum azad ediləcək

Kaliforniya hakimiyyəti yeni növ koronavirus pandemiyası ilə əlaqədar təqribən 10 minə yaxın məhkumu vaxtından əvvəl azad etmək niyyətindədir.

Yenicag.az-ın məlumatına görə, bu barədə islah məntəqə və mərkəzlərinin işlərini kurasiya edən ştat idarəsi xəbər yayıb.

Bildirilir ki, bu qərar ağır cinayətlər törədənlərə və martın 1-dən iyulun 5-nə qədərə davam edən iğtişaşlara görə həbs edilənlərə şamil olunmayacaq.

İdarənin hesabatına görə bu kriteriyalara 108 min məhbus uyğun gəlir. Lakin vaxtından əvvəl yalnız onlardan 10 mini buraxılacaq.

COP29