!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“10 minlərlə qoyun sürüsü,broylerləri, restoranı var” – Nazirə şikayət

!Reklam – Yazi

1OQ-300x240“10.000 başdan çox qoyun sürüsü, Bərdə rayonunda iki böyük quşçuluq broyleri var”

Yenicag.az xəbər verir ki, Ucar rayonu 28 May küçəsi, ev 17-də yaşayan Əhmədov İlyas Mirabdulla oğlu “AzPolitika.info”ya şikayət məktubu göndərib. Məktubda Oğuz rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Tahir Quliyevin onları öz restoranının tikintisində işlətdiyi, amma pullarını vermədiyi iddia olunur. Həmin məktubu qısa ixtisarla və zəruri redaktə ilə dərc edirik:

“Yazıb bildirirəm ki, Oğuz rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Tahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edib bizim ailənin 7250 (yeddi min iki yüz əlli) manat pulunu mənimsəyib. Belə ki, bu ilin yanvar ayından başlayaraq polis rəisi Tahir Quliyevə məxsus Bərdə rayonu ərazisində yerləşən möhtəşəm “Qızıl balıq” otel-restoranının tikintisinin kafel-metlax və taxta işlərini gördük.

5 hektardan çox ərazini əhatə edən həmin otel-restoranda böyük binalar, 15 ədəd kiçik evlər (“domik”lər), çoxlu sayda “besedkalar”ın bütün kafel-metlax və taxta işlərini gördük. Atam, mən və iki qardaşım 6 ay burada gecə-gündüz zəhmət çəkib işlədik. Polis rəisindən pulumuzu istədikdə üstümüzə qışqırıb bizi həbs etdirəcəyi ilə hədələyib qovdu və pulumuzu vermədi.

Biz ustayıq. Bu tikinti işi çox geniş olduğundan, özümüzlə Ucar rayonundan Bərdəyə 10 nəfər fəhlə də aparmışdıq. Polis rəisi pullarımızı vermədiyi üçün məcbur olub “Ford” markalı şəxsi avtomobilimizi 5500 manata satıb, fəhlələrin pulunun bir hissəsini verdik, bir hissəsi isə qaldı.

İndi isə çıxılmaz vəziyyətdə qalmışıq. Çünki fəhlələri biz aparmışdıq, onların pulnu verməliyik, hələ öz zəhmət haqqımızı demirik. Düz 6 ay polis rəisinə möhtəşəm bir otel-restoran inşa etmişik.
Qeyd edim ki, Tahir Quliyev bundan əvvəl Ucar rayon Polis Şöbəsinin rəisi idi. Bu ilin iyun ayında Oğuz RPŞ-nə rəis təyin edilib. Tahir Quliyev əslən Bərdə rayonundandır. İmkanı da çox-çox genişdir. 10.000 başdan çox qoyun sürüsü, Bərdə rayonunda iki böyük quşçuluq broyleri var. Ancaq bu boyda imkanlarının olmasına baxmayaraq, bizim haqqımızı yeyib, haramlıq edir.

ramil_usubov_001Ailəmiz bu barədə Prezidentə, Daxili İşlər naziri Ramil Usubova və digər ali orqanlara şikayət ərizəsi yazıb göndərib, kömək etmələrini xahiş etmişik. Ancaq hələlik bi xəbər yoxdur. Odur ki, biz mətbuat vasitəsilə də Prezident cənab İlham Əliyevə və Daxili İşlər naziri cənab Ramil Usubova müraciət edib xahiş edirik.

Miliyonlarla manat var-dövləti olan Oğuz rayon Polis Şöbəsinin rəisi Tahir Quliyevin bizə olan borcunu ondan almağımıza köməklik edəsiniz. Vəzifə səlahiyyətlərindən sui-istifadə edib özbaşınalıqlar, qanunsuzluqlar edən polis rəisi barəsində qanuni tədbirlər görəsiniz”.

Şikayət məktubunda qeyd edilənlərlə bağlı Oğuz rayon Polis Şöbəsinin rəisi Tahir Quliyevin də mövqeyini işıqlandırmağa hazırıq.

www.yenicag.az

904
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv