Bu gün Gürcüstanda bölgələrdə və paytaxt Tbilisidə keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 10 nəfər saxlanılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Cinayətkarlıq üzrə baş idarəsinin rəhbəri Mamuka Çelidze keçirdiyi brifinqdə məlumat verib.
O bildirib ki, saxlanılan şəxslərin 6-sı əvvəllər məhkum olunub.
M.Çelidzenin sözlərinə görə, saxlanılan şəxslərin evlərində axtarış zamanı bir pulemyot, altı tapança, yeddi ov tüfəngi, üç tüfəng, əl qumbaraları, 1095 müxtəlif kalibrli patron, digər silah-sursat və 7 bağlama heroin daxil olmaqla müxtəlif narkotik vasitələr müsadirə olunub. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 6 nəfər saxlanılıb. (APA)