!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“10 noyabr üçtərəfli bəyanatında kommunikasiyaların deyil, məhz dəhlizin açılmasından söhbət gedir” - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycan ermənilərin istifadəsinə dəhliz veribsə, Ermənistan da adekvat addım atmalıdır”.

Bu fikirləri Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin Moskvada keçirilən görüşünün nəticəsiz bitməsinin səbəblərindən danışan Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Soçi görüşünün nəticələrinə baxdıqda, orada Zəngəzur dəhlizinin açılmasına yönəlik birmənalı mövqeyə rast gəlinmir:

“Dövlət başçılarının Soçi görüşü ilə bağlı rəsmi və qeyri-rəsmi səviyyədə elə bir təbliğat aparılmışdı ki, artıq həmin danışıqlarda çox ciddi razılşamların əldə ediləcəyi haqda proqnozlar səsləndirilirdi və cəmiyyətin də bundan gözləntiləri kifayət qədər çox idi.

Amma biz yekunda Soçi görüşünə dair sadəcə, ümumi bir nəticənin olması faktı ilə qarşılaşdıq. Daha sonra rəsmi mənbələr bu nəticəni belə təqdim etməyə çalışdılar ki, üç ölkənin baş nazirlərinin Moskvada planlaşdırılan görüşündə bütün vacib detallar razılaşdırılacaq.

Lakin biz Soçi görüşünün nəticələrinə baxdıqda, orada Zəngəzur dəhlizinin açılmasına yönəlik birmənalı mövqeyə rast gəlmədik. Sadəcə, kommunikasiyaların açılması söhbəti gedirdi, biz isə Naxçıvanla dəhliz yaradılmasını istəyirdik.

Yəni 2020-ci il 10 noyabr üçtərəfli bəyanatında söhbət məhz dəhlizin yaradılmasından gedirdi. Eyni zamanda, dövlət başçılarının Moskvada baş tutan 11 yanvar görüşündə də dəhlizlə bağlı məsələyə toxunulurdu. İndi isə yalnız kommunikasiyaların açılmasından danışılır.

Biz isə belə düşünürdük ki, Azərbaycan ermənilərin istifadəsinə dəhliz veribsə, Ermənistan da adekvat addım atmalıdır. Çox təəssüf ki, bunun şahidi olmuruq. Hətta Paşinyan o bölgənin rəhbərliyi ilə görüşündə Azərbaycana dəhliz verilməyəcəyini birmənalı qaydada deyib.

Buradan o qənaətə gəlmək olar ki, Ermənistanın bu məsələ ilə bağlı hansısa şərtləri var və onların nədən ibarət olduğu öyrənilməlidir. Həqiqətən, Ermənistanın dəhlizlə əlaqədar tutduğu mövqenin danışıqları pozmaq niyyətindən qaynaqlandığı, yoxsa ortada başqa gizli nüansların olub-olmadığı bilinməlidir.

Eyni zamanda, biz Qazax rayonunun məlum altı kəndinin geri qaytarılmasını da diqqət mərkəzinə gətirməliyik. Prezidentin də bəyan etdiyinə görə, Paşinyan şifahi də olsa, o kəndləri geri qaytarmaq öhdəliyi götürüb. Fikrimcə, həmin kəndlərin məsələsi də ən azı Zəngəzur dəhlizinin açılması qədər əhəmiyyətlidir”.

A.Zeynalov

www.yenicag.az

494
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv