10 ölkə səfiri geri addım atdı

İş adamı Osman Kavalanın azadlığa buraxılması tələbi ilə birgə bəyanatla çıxış edən səfirlər geri addım atıblar.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Niderland, İsveç, Kanada, Norveç və Yeni Zelandiyanın Türkiyədəki səfirlikləri Vyana razılaşmasının 41-ci maddəsinə əməl edəcəklərini bildiriblər.