!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

100-dən çox məhbus əfv oluna bilər

!Reklam – Yazi

azay_guliyev_160814Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə 100-dən çox məhbus əfv oluna bilər.

Bunu Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Azay Quliyev deyib.

Əfvlə bağlı bütün səlahiyyətlərin prezidentə məxsus olduğunu bildirən A.Quliyev vurğulayıb ki, dövlət başçısı belə məqamlarda həmişə çox böyük humanistlik göstərib: “Prezident bizim təqdim etdiyimiz siyahıdan heç vaxt heç bir məhbusun adını çıxartmayıb. Tam əksinə, o, siyahıya əlavələr edib.

Ona görə də əminik ki, prezident növbəti dəfə çox mühüm fərman imzalayacaq. Çoxlu sayda vətəndaşlarımızı yerdə qalan cəzalarından azad edəcək. Onları ailələrinə qovuşduracaq. Bununla da onların ailələrinə ikiqat sevinc bəxş edəcək”.(trend)

www.yenicag.az

581
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv