100-dən çox uşaq faciəvi şəkildə ölüb

Kolumbiyanın Mokoa şəhərində baş verən daşqınlar nəticəsində 102 uşaq həyatını itirib.

Bu barədə “RİA Novosti” agentliyi yerli hakimiyyət orqanlarının məlumatına istinadla məlumat yayıb. Ötən həftə baş verən təbii fəlakətdə ümumilikdə 314 nəfər ölüb, 332 nəfər yaralanıb.

Daşqınlar zamanı 127 nəfər itkin düşüb. Onların arasında İspaniya, Almaniya və Ekvador vətəndaşları da var.

Yeniçağ.az

Loading...