100 kiloluq İLAN: Dünyanın ilk ROBOT sürünəni hansı funksiyanı yerinə yetirəcək? – VİDEO

NASA-nın “Jet Propulsion” laboratoriyasında dünyanın ilk ilan robotu dizayn edilib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, kosmik gəmi kimi istifadə ediləcək ilan robotu Saturn planetinin peyki Enseladaya göndəriləcək.

100 kiloqram ağırlığında və 4 metr uzunluğunda olan robot ilan kimi sürünərək hərəkət edir. Astronomların fikrincə, bu dizayn hətta digər robot cihazların çata bilmədiyi ərazilərə gedərək yeni kəşflər edə, həmçinin mağara və buzlaq kimi əraziləri araşdıra bilər.

Sadiq Cavadov

COP29