Yaxın günlərdə mobil telefon bazarına ucuz və keyfiyyətli smartfon çıxarılacaq. Azercell şirkətinin Huawei ilə birlikdə razılaşmasına əsasən, hər kəs 100 manata bu telefona sahib ola biləcək .
Bu haqda Azercell-in icraçı direktoru Vahid Mürsəliyev mətbuata açıqlama verib. Onun sözlərinə görə, 2014-cü ildə əvvəlki dövrə nisbətən Azercell istifadəçiləri arasında smarfon istifadəçilərinin sayı 60 faiz artıb. Şirkət onların sayını daha da artırmaq üçün hər kəsin cibinə uyğun və keyfiyyətdə bahalı modellərdə o qədər də geri qalmayan smartfonları bazara çıxarmağı planlaşdırır.
Yaxın günlərdə bu kampaniyanın detalları barəsində elan açıqlanacaq.