!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"100 min versə də, Damla ilə duet oxumaram" - Elnarın "uzunqulaq" söhbəti

!Reklam – Yazi

ARB TV-nin “Günə davam” verilişində müğənni Elnar ilə Damlanın arasındakı küslülük məsələsi araşdırılıb.

Yenicag.az xəbər verir ki, Elnar Xəlilov Damla ilə duet oxumaq istəmədiyini bildirib:

“Bir dəfə zəng etmişəm. Bəlkə də nömrəmi tanımadığı üçün açmayıb, bəlkə də tanıdı açmadı. Mən əslində ağ bayraq kimi zəng etmişdim ki, bitir artıq bunu. Hər kəs düşünür ki, biz küsülüyük. Artıq buna son qoy. Kişiyə yaraşmaz küsülü olmaq. Sənətində uğurlar olsun. Amma tamaşaçının gözü tərəzidir. Görmədiyini düşündüyümüz halda, artıq kor olan tərəf biz oluruq. Mən bunu müsahibələrimdə də demişdim ki, düşünərlər ki, Damlanın sayəsində qalmaqal edib, qabağa gəlmək istəyir. Qətiyyən elə bir şey yoxdur. Bir az real baxanda görərik ki, o, mənim üçün qısqanılası kadr deyil. Damlayla duet oxumaram. Əslində böyük bir kəlmədir. Demişəm ki, yüz min versə, oxumaram. Nə səbəbə oxumaram? Çünki bu ikisində mənim ab-havamda belə bir təsəvvür oyandı: qədir bilməzlik. Deyirlər ki, uzunqulaq palçığa 1 dəfə batır, 2 dəfə batmaz heç vaxt”.

www.yenicag.az

3180
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv