100 minə yaxın nəzarət-kassa aparatı quraşdırıldı

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Yenicag.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, indiyədək ölkə ərazisində 91 min 889 ədəd yeni nəsil NKA quraşdırılıb.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2023-cü ilin yanvar-iyul ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 12,3 milyard manatdan çox olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,3 faiz çoxdur.