100 yaşlı veteran özünü asdı

img1756359Rusiyanın Çita şəhərində Böyük Vətən müharibəsinin 100 yaşlı veteranı Yuri Kelyak intihar edib. APA-nın məlumatına görə, bu barədə “İnterfaks”a Rusiya İstintaq Komitəsinin yerli idarəsindən bildirilib.

“Yuri Kelyak övladları ilə yaşayıb, o evdə tək olduğu vaxt özünü asıb”, deyə mənbə bildirib. Onun sözlərinə görə, bundan əvvəl o dəfələrlə həyatdan yorulduğunu bildirib.

Fakt üzrə araşdırmalara başlanılıb.