Kişilərə aid mövzuları əhatə edən “Playboy” jurnalının qurucusu Hugh Hefner 91 yaşında dünyasını dəyişib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Hefnerin 1953-cü ildə yaratdığı jurnal illər keçdikcə daha da məşhurlaşıb.
Hugh bir çox ölkədə işıq üzü görən və hər ay 7 milyon tirajla satılan “Playboy”a ilkin olarq 1600 dollar sərmayə yatırıb.
Qeyd edək ki, jurnalın 91 yaşlı qurucusu çoxsaylı eşq macəraları ilə də gündəm olub. Onun indiyə qədər ümumilikdə 1000-dən artıq qadınla eşq yaşadığı bildirilir. Hefner münasibətdə olduğu qadınları çox zaman jurnalındakı modellər arasından seçib.