Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “AccessBank” ASC-nin 20 milyon dollar dəyərində təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 12 min istiqraz buraxılıb.
Yerləşdirmənin anderrayteri qismində “Paşa Kapital” MMC çıxış edir.
İstiqrazların tədavül müddəti 1 ildir, gəlirliliyi isə 9 faiz təşkil edir.
(trend.az)