Şəkərli və qazlı içkilər hər il dünyada 184 mindən artıq insanın ölümünə səbəb olur. Bu barədə ABŞ-da Tufts Universitetində Doktor Dariuş Mozaffarian və heyətinin 51 ölkəni əhatə edən araşdırma nəticəsində bəlli olub.
Elm adamları 1980-2010-cu illərdə 611971 nəfərin qidalanma alışqanlıqları və ölümü ilə əlaqəar 62 araşdırmanın nəticələrini dəyərləndirib. Araşdırmada enerji içkiləri, buzlu çay kimi şəkərli və qazlı içkilərin hər il 133 min insanı diyabet, 45 min qan-damar xəstəliklərindən və 6450-nin isə xərçəng xəstəliyindən ölümünə yol açdığı nəticəsinə gəlib.
Bu içəcəklərin istifadəsi ilə bağlı ölümlərin 76 faizi aşağı və orta gəlirli ölkələrdə olduğuna diqqəti çəkib.