106 obyektdə sanitariya-gigiyena tələbləri pozulub

İqtisadiyyat Nazirliyinin karantin rejiminin zəruri qayda və tələblərinə əməl edilməsinə nəzarət tədbirlərini davam etdirir.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, avqustun 15-də keçirilən monitorinqlər zamanı Binəqədi rayonunda “Rübai Market”də, “PAK-46″ Ərzaq Mağazası”nda, “Dadaş Market”də, “Ağcabədi quzusu” ət dükanında, “Unimart”da, Nərimanov rayonunda “Real İnşaat”, “Boya Dünyası” mağazalarında, “Osmanlı Dönər”də, “Çarşı Dönər”də, Kərəm Kərimova, Əfqan Kazımova məxsus pərakəndə ticarət obyektlərində, Aytən Məmmədovaya məxsus gözəllik salonunda, Sabunçu rayonunda “Ucuzluq Geyim Mağazası”nda, ”Bolmart”da, “Rahat Zabrat Supermarket”də, Yasamal rayonunda “Hərbi Geyim Mağaza”da, Vüqar Nəcəfova, Zakir Həsənova məxsus atelyelərdə, Nizami rayonunda “Xəzər İnşaat” mağazasında, “Doyum Dönər”də, “Luxury Mağaza”da, “Emil Market”də, “Kafe Ləzzət”də,” Zeytun Pharmaceuticals” MMC-yə məxsus “Aptek və Optika”da, Nəsimi raoynunda “Sizin Market”də, “Kamaloğlu Market”də, “Ucuz Market”də, “NLT Telecom” mağazasında, “Liona Gül Mağazası”nda, “Glampire Saat Mağazası”nda, “Aptek Dokta”da, Xətai rayonunda “Ucuz Geyim Mağazası”nda, Rüstəm Rüstəmova, Aqil İsmayılova Naibə Mirzəyevaya, Asif Eminova, Sevda Abbasovaya məxsus ticarət obyektlərində, “Buta Farm” MMC-yə məxsus “Aptek”də, Xəzər rayonunda Şəfa Bəylərovaya məxsus ərzaq mağazasında, Qaradağ rayonunda “Azgranata” mağazasında, Cəmilə Rəsulovaya, Kamal Səlimova, Vüsal Mürvətova məxsus ticarət obyektində, Səbail rayonunda “Huqo Geyim Mağazası”nda, “Bless Geyim Mağazası”nda, “Dodo Lux Geyim” mağazasında, “Oskar Market”də, Roza Babayevaya məxsus gözəllik salonunda, ümumilikdə, monitorinq aparılmış 1075 obyektin 106-da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbir görülüb.