Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

107 yanğından 98-i nəzarət altına alındı - Türkiyədəki yanğınlarla bağlı SON VƏZİYYƏT

“Son üç-dörd gün ərzində qeydə alınan 107 yanğından 98-i nəzarət altına alınıb. Doqquz yanğın davam edir”.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli bildirib.

O, yanğın baş verən bölgələrdəki son vəziyyətlə bağlı da məlumat verib.

“Marmarısdakı yanğınların söndürülməsi üçün 3 təyyarə, 9 helikopter, 20 su tankeri və 529 şəxsi heyət cəlb edilib. Silifkedəki yanğın lokallaşdırılır. Adanada baş verən üç yanğının hamısı təhlükəli idi, artıq nəzarət altına alınıb. Bodrum və Milasdakı briqadaları hava qüvvələri ilə gücləndirərək bütün yanğınlardan müsbət nəticələr əldə etmək üçün səy göstərəcəyik”, – deyə nazir qeyd edib.

www.yenicag.az

391
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100