Cari ilin 11 ayı ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərindən 420 qadın sahibkar yararlanıb və onların layihələrinə ümumilikdə 12,5 milyon manat güzəştli kredit ayrılıb.
Fonddan Yenicag.az-a bildirilib ki, sözügedən dövr ərzində 151 gənc sahibkar təqdim etdikləri layihələr üzrə ümumilikdə 6,2 milyon manat güzəştli kredit əldə edib.