!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

11 piyadanı vurdu-Foto

!Reklam – Yazi

pic_d098218535bd67787baeb27e56b4a5d7dfgFransanın Dijon şəhərində “Renault Clio” markalı avtomobilin sürücüsü “Allahu Əkbər” deyərək maşını piyadaların üstünə sürüb.

Bu haqda məlumatı “Bien Public” saytı yayıb.

Məlumatda deyilir ki, o, bu addımı Fələstin uşaqlarına görə atdığını deyib.

40 yaşlı naməlum sürücü öncə Vilson meydanında 4 nəfəri öz avtomobili ilə vurub. Sonra o, bu “əməlini” 3 dəfə təkrar edib. Vurulan piyadalardan 2 nəfərinin vəziyyətinin ağır olduğu deyilir.

Yerli polis piyadaları vuran şəxsi yaxalamağı bacarıb. O, tutulan zaman “Fələstindəki uşaqların naminə” deyə qışqırıb. Onun psixoloju durumunun pis olduğu bildirilir.

Fransanın baş naziri Manuel Vals özünün Twitter səhifəsində yaralılara kömək etməyin vacibliyini vurğulayıb.

Qeyd edək ki, bu yaxınlarda Fransada daha bir nəfər “Allahu Əkbər” deyərək 3 polisi bıçaqlayıb. Jue-le-Tur şəhərində polisləri yaralayan şəxs baş verən insident zamanı öldürülüb.

 

www.yenicag.az

585
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv