11 saylı cəzaçəkmə müəssisində əfv olunanların sayı açıqlandı

Ədliyyə Nazirliyinin 11 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən 7 məhkuma əfv sərəncamı şamil edilib.

Yenicag.az xəbər verir ki, onlardan 3 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Müəssisədə cəza çəkən 4 məhkumun isə cəzası azaldılıb.

Qeyd edək ki, sərəncam çərçivəsində humanizm prinsipləri əsas götürülərək ümumilikdə 213 nəfər əfv edilib.