!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

11 sentyabr terrorunun bu zamana qədər açılmayan şifrələri çözülür – Müsahibə

!Reklam – Yazi

photo_4878Amerikada tarixin ən böyük terror olayının – 11 sentyabr terror aktının törədilməsindən 14 il ötür.

“Əl-Qaida” terror təşkilatının üzvü olan 19 terrorçu müxtəlif istiqamətlərdə hərəkət edən 4 sərnişin təyyarəsini ələ keçirərək müxtəlif obyektlərə doğru yönəldiblər. Təyyarələrdən ikisi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin göydələnlərinə çırpılıb. Terrorçular daha bir təyyarəni Pentaqonun əsas binasına yönəldiblər. Dördüncü təyyarə isə Pensilvaniya ştatı ərazisində yerə düşüb. Ümumilikdə terror aktları nəticəsində 3 mindən çox adam ölüb. 11 sentyabr hadisələri ABŞ-ın xarici siyasətində köklü dəyişikliyə səbəb olub. Məhz bu hadisələrdən sonra rəsmi Vaşinqton beynəlxalq terrorizmə qarşı mübarizəni öz xarici siyasət kursunun əsas prioritet istiqaməti elan edib. Xatırladaq ki, Vaşinqtonun təhriki ilə NATO-nun Əfqanıstanda antiterror əməliyyatına başlamasında 11 sentyabr hadisələri stimul rolunu oynayıb.11 sentyabrla bağlı politoloq Dr. Fuad Hilalovun  verdiyi eksklüziv müsahibəni sizə təqdim edirik.

-Bu gün 11 sentyabr hadisələrindən 14 il ötür. Bu hadisəni necə dəyərləndirmək olar? Çünki bu gün haqqında fikirlər birmənalı deyil…

-Bəli, çox haqlısınız, Oktay bəy. Həqiqətən də bu gün haqqında fikirlər birmənalı deyil. 11 sentyabr hadisələrinin tarixdəki rolu digər hadisələrlə müqayisə olunmayacaq qədər böyükdür. Hadisələr baş verən gün onu işıqlandıran jurnalistlər sanki hamısı sözü bir yerə qoyublarmış kimi elan edirdilər ki, dünya artıq əvvəlki kimi olmayacaq. Həqiqətən də hadisələrdən sonra cərəyan edən proseslərə baxdığımız zaman dünyanın artıq əvvəlki kimi olmadığını görürük. 11 sentyabr hadisələrindən sonra qlobal miqyasda nələr baş verdi? Amerika bu hadisələrdən sui-istifadə edərək əvvəl Əfqanistanı, daha sonra isə olaylarla heç bir əlaqəsi olmayan İraqı işğal edərək parçaladı. Nəticədə sadəcə İraqda bir milyondan artıq insan qanına qəltan edildi, minlərlə qadın zorlandı və ölkə bu gün də paramparçadır. Yaxın Şərqdə bu gün yaşanan dəhşətli hadisələrin əsası belə demək mümkünsə elə 11 sentyabr hadisələrindən sonra atıldı.

Daha sonra ABŞ özünü dünya jandarmı elan edərək istədiyi adamı istədiyi vaxt oğurlayaraq MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) – nin gizli həbsxanalarında, İraqdakı Əbu Qüreyb, Kubadakı Quantanamo kimi təbiri – caizsə insan sallaqxanalarında olmazın işgəncələrini verdi. Bundan sonra Vaşinqtonun xüsusi xidmət orqanları müttəfiqlərindən tutmuş rəqiblərinə kimi hamını dinləməyə başladı. Bu hadisələri əlində bayraq edən Vaşinqton, ölkə daxilində vətəndaşların hüquqlarına çox sərt məhdudiyyətlər qoydu. Nəticə etibari ilə, belə demək mümkünsə, hadisədən ən böyük mənfəəti Amerikaya bağlı oliqarxlar və bu dünyanın əsl “ağası” olan Amerika kökənli transmilli şirkətlər əldə etdilər.

Bu hadisəyə biz qısaca tərif verdiyimiz zaman deyə bilərik ki, bu 11 sentyabr klassik şəkildə təxribat idi, yəni reaksiya verilməsi gözlənilən bir addımın təhrik olunması idi, belə hadisələr nəinki Amerika tarixində, hətta dünya tarixində də kifayət qədərdir.

-Onda belə təxribatlara örnək kimi tarixdəki hansı hadisələri göstərmək olar?

-Məsəl üçün elə Amerikanın öz tarixindən başlasaq, 1914 – cü ildə I Dünya Müharibəsi başladı. Mühairbənin davam etdiyi dövrdə Amerika ictimaiyyəti öz ölkələrinin bu müharibədə iştirakına kifayət qədər mənfi münasibət bəsləyirdilər. Yəni xalq Amerikanın bu müharibyə qoşulmağını istəmirdi. Buna baxmayaraq, Amerikanın ən yaxın müttəfiqi İngiltərə o zaman Almaniyaya, Osmanlıya və Avstriya – Macaristan İmperiyasına qarşı vuruşurdu. Amerikada isə ictimaiyyət bu müharibəyə kifayət qədər mənfi yanaşırdı. İctimai rəyi bu məqama kökləmək üçün isə mütləq bir hadisə baş verməli idi. 7 may 1915 – ci ildə “Luzitaniya” gəmisi batırıldı və ABŞ bununla da Almaniyaya qarşı müharibə elan etmək hüququ əldə etdi. Amerikalı Morqanlar ailəsinin maliyyə dəstəyi ilə yüklü miqdarda silah – sursat dolu gəmi İngiltərəyə dəstəyə göndərildi. Həmin vaxtlar gəminin keçəcəyi ərazilər Almaniyanın nəzarətində idi və dəfələrlə Almaniya bildirmişdi ki, biz heç bir silah – sursatın İngiltərəyə keçməsinə icazə verməyəcəyik. Buna baxmayaraq ABŞ gəmisi həmin sahillərdə var – gəl edirdi. Nəticədə Almaniya gəmiləri təhrik olundu və “Luzitaniya” gəmisi batırıldı və ictimaiyyət yetərincə qızışdırıldıqdan sonra ABŞ müharibəyə başladı.

Daha sonra 1933 – cü ildə Berlində Reyxstaqın nasistlər tərəfindən yandırılaraq günahı kommunistlərin üstünə atması və Hitlerin bununla da öz hakimiyyətini möhkəmləndirməsini göstərə bilərik.

Yenə də Amerikaya qayıdacaq olsaq… Perl Xarbor hadisələrini misal göstərə bilərik. Biz müsahibəmiz boyunca zaman – zaman bu hadisəyə qayıdacağıq. 7 dekabr 1941 – ci ildə yapon təyyarələri Amerikanın hərbi hava bazasına hücum etdi. Nəticədə 2000 – dən çox amerikalı həlak oldu. Bu hadisə Amerikanı Yaponiyaya qarşı müharibə elan etməyə sövq etdi. Daha sonra Pearl Harbor hücümunu araşdıran bir çox tədqiqatçının fikrinə görə, yaponların hücumundan ABŞ kəşfiyyatı xəbərdar idi. Amma bu hücum eyni ilə “Luzitaniya” hadisəsində olduğu kimi ABŞa İkinci Dünya müharibəsinə qoşulmasına əsas verirdi.

Çox da uzağa getməsək, yaxın qonşularımızın da tarixində belə hadisələrə rast gəlmək mümkündür. 90-cı illərin sonunda, Rusiyanın o zamankı Prezidenti Yeltsin xəstə idi və özünə varis axtarırdı. Bu zaman heç kimin tanımadığı Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Vladimir Putin baş nazir postuna gətirildi. Bundan dərhal sonra Çeçenistanın səhra komandirləri Şamil Basayev və Xəttab niyəsə görə Dağıstana hücum etdilər. Elə həmin dövrdə Putin televiziyalarda çox sərt çıxışlar etdi, bunun ardınca Moskvada və Rusiyanın digər şəhərlərində sirrli bir şəkildə partlayışlar törədildi və həmin terror aksiyalarında çeçen terrorçularının əli olduğu qeyd olundu. Və nəticədə II Çeçen müharibəsi baş verdi, bölgə tamamilə Kremlə tabe edildi. 2000-ci ilin mart ayında isə Putin böyük üstünlüklə prezident seçildi.

-Biz yenə də hadisələrə qayıdaq…

-Bəs 11 sentyabr hadisələrində baş verdi? Təxminən saat 8:50 – də ilk təyyarə ekiz qüllələr kimi bilinən Nyu – York Ticarət Binasının şimal qülləsinə çırpıldı. Daha sonra isə cənub qülləsinə hücum oldu. Yanğın alovlarını heç kim görmədi. Amma hər iki göydələn tüstülər içində çox qəribə bir şəkildə çökdü. Daha sonra Amerika Müdafiə Nazirliyinin binasına hücum təşkil olundu. Elə bu hücum özündən geriyə xeyli suallar buraxdı. Təyyarənin divara çırpıldığı an yaratdığı dəliklə təyyarənin öz diametri arasında çox ciddi fərqlər mövcud idi. Çox maraqlıdır ki, təyyarənin qalıqları tapılmadı. Bu təyyarənin vurduğu ziyan daha çox qanadlı raketin vurduğu ziyana bənzəyir. Və hadisələrdən dərhal sonra tozun,tozanağın, tüstünün içində çox səliqəli bir şəkildə həmin terrorda günahlanırılacaq ərəblərin pasportları və “Qurani – Kərim” tapıldı. Həmçinin, elş həmin gün, o zamankı ABŞ prezidenti Corc Buş, hadisənin törədənlərin ərəb əsilli olduqlarını, “Əl Qaidə” üzv olduqlarını bildirdi. MKİ rəhbəri Tennet də hadisələri törədənlərin “Əl Qaidə” üzvü olduqlarını qeyd etdi. Sanki proseslər hər şeyin qabaqcadan planlaşdırılmışdı.

Teraktlar baş verən gün, çox maraqlı bir hadisə daha baş vermişdi. Məhz həmin gün ABŞ Müdafiə Nazirliyi təlimlər keçirirdi və təlimlərin ssenarisi təyyarə qaçırılması idi. Düşünün, hərbi təyyarələrinin qaçırılması ilə bağlı təlimlər keçirilir və elə həmin gün də əsl təyyarəlar qaçırılıaraq məlum terror aktında istifadə edilir… Fikir vermisiniz ki, binalar çox qəribə və səliqəli bir şəkildə çökdü. Inşaatdan az – çox başı çıxan adamlar yəqin bilərlər ki, bu binaların çöküşü mühəndis söküntüsünə daha çox bənzəyir. Diqqətlə kadrlara baxdığımız zaman görürük ki, çöküş anlarında aşağı mərtəbələrdə müəyyən partlayışlar meydana gəlir. Qeyd etmək lazımdır ki, bu partlayış səslərini yanğınsöndürənlıər də eşidilib. ABŞ- ın FEMA təşkilatı isə özlərinin 12 sentyabr 2001 – ci il tarixli press – relizlərində xilasedici qrupların artıq sentyabrın 10 – da Nyu – Yorka gəldiyini yazmışdılar. Yəni, hadisələrdən bir gün əvvəl artıq Nyu – Yorkda idilər. Bundan başqa, Nyu – Yorkun meri Juliani də eyni gün deyirdi ki, bir gün əvvəl xilasedicilərimiz artıq Nyu – Yorkda idilər və biz artıq onları yerləşdirmişdik. Belə çıxır ki, xilasedicilər bir gün əvvəldən artıq terror aktının olacağını bilirdilər? Daha sonra bir maraqlı məqam da, ayın 10 – da artıq Amerika Müdafiə Nazirliyinin nüfuzlu zabitləri özlərinin 11 sentyabrda olan bütün uçuşlarını təxirə salmışdılar. Bu məlumatı isə maraqlanan oxucularımız dünyaca nüfuzlu “Newsweek” jurnalının 23 sentyabr 2001 tarixli sayında oxuya bilərlər.

Terror aktından bir qədər əvvəl sentyabrın ilk günlərində birjalarda çox maraqlı tendensiyalar müşahidə olunub. Belə ki, 11 sentyabr olaylarını çox əsaslı bir şəkildə tədqiq etmiş amerikalı araşdırmaçı Viktor Fridmanın fikrincə, müəyyən qüvvələr sanki əvvəlcədən bilirdilər ki, bu hadisələr baş verəcək və müəyyən şirkətlərin aksiyalarının alqı- satqısı ilə bəzi insanlar 10-15 milyard dollara yaxın mənfəət əldə etdilər. Qüllələrin sahibi Larri Silverstain isə bu partlayışdan sonra sığortadan 5 milyard dollar gəlir əldə etdi.

Daha sonra 11 sentyabrı araşdırarkən bir maraqlı məqam da rastımıza çıxır: belə ki, hadisələri araşdıran fransız tədqiqatçı Tyerri Mensan öz araşdırmalarında qeyd edir ki, hələ 2001 – ci ilin iyulunda, yəni Amerikalı hərbçilər Pakistanlı həmkarları ilə görüşlərində oktaybr ayında Amerika qoşunlarının Əfqanıstanı işğal edəcəyini bildirmişdi.

Başqa bir məqam da var burda. ABŞ – ın əsas müttəfiqi İngiltərə hər il mütəmadi olaraq keçirdiyi hərbi təlimlərini – “Essential Harvest”i keçirərkən 2001 – ci ildə bu təlimlər çərçivəsində əvvəlcə öz qoşunlarını Pakistana, daha sonra Əfqanıstan sərhədlərinə yerləşdirib. Yəni, ortada hələ heç nə yox ikən, sanki bir ssenarinin həyata keçirilməsinə hazırlıq gedirdi.

Və ya başqa bir fakt. 2001 – ci ilin iyununda tədqiqatçı, dünyada məşhur bestseller “Solğun at” kitabının müəllifi Ulyam Kuper(bu şəxs uzun illər ABŞ xüsusi xidmət orqanlarında çalışıb) mətbuata açıqlama verərək bildirmişdi ki, sentyabrda çox mühüm terror aktları həyata keçiriləcək və bu terror aktlarının məsuliyyətini Usamə bin Laden adlı bir nəfərin üstünə atacaqlar. Heç kim buna fikir vermədi və daha sonra 2001 – ci ilin sonunda Kuperi polislər onlara müqavimət göstərdiyi bəhanəsi ilə güllələdilər.

Ümumiyyətlə, bilirsinizmi, Amerikada bu işi daha çox araşdıran, ortaya fərqli detalları çıxaran insanların aqibəti niyəsə faciəli şəkildə bitdiyini görürük. Mərkəzi Kəşfiyyat İdarəsinin mülki təyyarələrinin keçmiş pilotu Filipp Marşal, “Saxta bayraq altında əməliyyat: Buş, Çeyni və Səudiyyə Ərəbistanının 11 sentyabrdan sonra yeni dünya düzənini necə qurduqları haqqında” adlı bestsellerin müəllifi idi. Qeyd etmək lazımdır ki, Marşal bu son kitabı üzərində on il çalışıb. “Böyük 11 sentyabr 2001 – ci il yalanı və terrorla mübarizə” adlı kitabda, o, oğul Corc Buşun Səudiyyə Ərəbistanı ilə əlaqələrini sübuta yetirir. Marşal yazırdı: “Bu haqda düşünün. Bir kabusun(oxu: Üsamə bin Laden) dünyanın digər ucunda yerləşən hansısa mağarada oturmaqla ABŞ ərazisindəki hərbi qurumlara qalib gəldiyini demək nə qədər ağlabatandır? ”

Çox qəribədir ki, Marşal ölümündən az əvvəl hökümət üzvlərinə qarşı əlində kompramatların olduğunu söyləmişdi. 2013 – cü ilin fevral ayında isə o, əvvəlcə yeniyetmə uşaqlarını, daha sonra itini qətlə yetirmiş, sonda isə intihar etmişdi.

Daha sonra 11 sentyabr və daha sonra baş verən prosseslərdə Rockfeller ailəsinin əlaqəlarini ifşa edən Aaron Russonun qəfil ölümünü qeyd etmək olar.

Bu hadisələrin tədqiq edən insanların həyatlarının belə faciəvi sonluqla bitməsi sizcə də maraqlı deyilmi? Əslində, belə faktlar çoxdur, amma təəssüf ki, bunu bir müsahibəyə sığdırmaq qeyri – mümkündür.

-Bəs bu hadisələrin dünyanın yeni düzəninə təsiri necə oldu?

-Bu terror aktının dünyanın gedişinə necə təsir edəcəyini elə o dövrün ABŞ mətbuatının yazdıqlarına, ABŞ – lı rəsmilərin çıxışlarına baxdığımız zaman artıq o zamandan görmək mümkündür. Çox maraqlıdır ki, bu dövrdə hər kəs bu hadisələri yuxarıda qeyd etdiyimiz Pearl Harbora olan hücumla müqayisə edirdilər.

ABŞ-ın Strateji Tədqiqatlar İnstitunun nüfüzlu analitik Leonard Vonq, hadisələri təsvir edərkən aşağıdakıları deyir: «Hərbi əməlliyatlara verilən indiki ictimai dəstəy Pearl Harbordan sonrakı dəstəklə müqayisə etmək olar. Amerikalılar, hərbi əmaliyyatların lazımlığını dərk edir, onlar uzun müddətli müharibəyə və onun gətirdiyi bütün fəsadlara dözməyə razıdırlar.» Diqqət edin Pearl Harbor dövrünün isterikası sanki təkrar olunur.

Elə 11 sentyabrda XX əsrin ən nüfüzlu ABŞ siyasətçilərindən Henry Kissincer yazırdı: «Pearl Harborda bizə olan hücümdan sonra olduğu kimi indidə hökümətə sistematik cavab tədbirləri missiyası həvəla edilməlidir».

Leonard Vonq və Henri Kessincerin bu yanaşmaları gələcəkdə atılacaq addımlara zəmin hazırlayır. Düşünün, aləm dəyib bir – birinə və analitiklər ABŞ dövlətinə missiyalar yükləməyə cəhd göstərirlər. Əslində onlar da bilirdilər ki, adını çəkdikləri tarixi hadisə təxribat idi, amma yenə də müqayisə edirdilər.

Hələ 2000-ci ilin sentyabrında ABD höküməti «Amerika müdafiəsinin yenidən qurulması» adlı lahiyə hesabat hazırladı. Hesabatın müəllifləri arasında Dik Çeyni, Donald Ramsfeld, prezidentin qardaşı, qarşıdan gələn seçkilərdə ABŞ prezidenliyinə namizəd Ceb Buş var idi. Hesabatdan bir cümləni oxuyucularımızın nəzərinə çatdırmaq istərdim: “Əgər Pearl Harbor kimi fəlakətli və sürətləndirici bir hadisə baş verməsə dünyanın yenidənqurulması prosesi inqilabi dəyişiklər gətirsə belə çox uzun çəkə bilər. Yəni bu adamlara yeni Pearl Harbor lazım idi və bunu açıq şəkildə bildirirdilər”. Oxuyucuları yormaq istəmirəm, amma bir sənədi də qeyd etmək çox vacibdir. Terror aktlarının üzərindən bir il keçmiş Buş administarsiyasının yaydığı “ABŞ-ın milli təhlükəsizlik strategiyası” adlı sənəddə belə bir cümlə var: “11 sentyabr hadisələri bizim qarşımızda çox böyük imkanlar açdı”… Sizcə artıq şərhə ehtiyac varmı?

Həqiqətən də geniş imkanlar açıldı. Olaylardan üzərindən müəyyən bir vaxt keçəndən sonra ABŞ – da “Vətənpərvərlik aktı” qəbul olunur və bu akt bütün ABŞ vətəndaşları üzərində total nəzarət yaratmağa imkan verir. Xalq buna niyə razı idi, çünki, xalqda elə bir inam yaradılmışdı ki, biz sizin təhlükəsizliyiniz naminə bu işləri görürük.

Xarici təsirdən danışdıqda isə, 2001 – ci ildə “Amerikanın özünümüdafiə aktı” adlı bir qanun qəbul olundu ki, bu akt Amerikanın xarici siyasətində çox önəmli bir rol oynadı.

7 oktyabr 2001 – ci il tarixdə artıq Corc Buş elan etdi ki, o, Talibanın Əfqanıstandakı bazalarına hücum etmək barədə əmr verib. Əsas kimi onlar qeyd edirdilər ki, guya Əfqanıstanda Bin Ladeni axtarırdılar.

-Bin Ladindən söz düşmüşkən bu şəxs haqqında, onun ölümü haqqında bir az danışardınız…

-Bin Ladin əslində çox nüfuzlu bir ailənin, çox məşhur bir nəslin nümayəndəsidir. Ənənəvi olaraq Bin Ladinlər ailəsi Amerikada çox böyük tikinti layihələri ilə məşğul olurlar. 1979 – cu ildə SSRİ Əfqanıstana hücum edəndə biz Bin Ladini Əfqanıstana MKİ – nin silah, pul yardımlarının paylanılması üzrə kurator kimi görürük. SSRİ dağıldıqdan və Əfqanıstandan öz qoşunlarını çəkdikdən sonra orda olan döyüşçüləri iki hissəyə bölünmüşdülər. Bin Ladin ə radikal və konservativ bir lider olan Həsən əl Turabinin tərəfində idi. Biz 1996 – cı ildə biz artıq görürük ki, Üsamə bin Ladin ABŞ və İsrailə qarşı cihad elan edib. Və bundan sonra ABŞ artıq bütün terror aktlarında Bin Ladeni günahkar bilməyə başladı.

Bəzi öz təsdiqini tapmamış fərziyyələrə görə, artıq 2001 – ci ildə Bin Laden həyatda yox idi. Bin Ladin uzun müddət idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi. Və bu hadisələrdən qısa bir müddət əvvəl o Dubayda Amerikan hospitalında müalicə almışdı. Onu orda ziyarətə gələnlər arasında – Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək rütbəli zabitləri olublar. Deyirlər ki, bin Laden 2001- ci ildə sağ olmayıb, amma dəqiq olan bir məqam var, o da bin Ladenin 2007 – ci ildə dünyada olmamasıdır.

Maraqlı məqamlardan biri də Bin Laden ailsəsinin Sədiyyə və Buş ailəsi ilə olmuş yaxın münasibətləridir. Bin Laden ailəsinin ABŞ-dakı sərmayələri ilə 1987-ci ildə yaradılmış Carlyle Group şirkəti məşğul olur. Bu şirkət Amerikanın hərbi sənaye sektorunda mühüm yerə malikdir və idarə heyətində Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Frenk Karluççi, İngiltərənin keçmiş baş naziri Con Meycor və kiçik Corc Buşun atası, keçmiş prezident Corc Buşda təmsil olunmaqdadır. İraqın işğalından sonra ən böyük lahiyələrdə Carlyle Groupun iştirak etdiyini görürük.

Prezident Buşun hələ cavanlıq dövrlərində Ben Laden ailəsinin yaxından iştirakı ilə Harken Energy Corporation şirkətini yaratdığını və Ben Ladenin qardaşından küllü miqdarda borc pul aldığı ortaya çıxan həqiqətlər arasındadır. Çox qəribədir ki Corc Buş borcu qaytara bilmədikdə borclu olduğu Ben Ladenin qardaşı təyyarə ilə Amerika səmasında olduğu vaxt qəzaya uğradı. Bu hadisə Buşun atasının prezidentlik dövrünə təsadüf edir.

Usama Ben Ladenin guya daha sonra ABŞ xüsusi təyinatlıları tərəfindən öldürülmə hadisəsidi kifayət qədər qaranlıq bir sirr daracığı idi…

Yəni, bizim telekanallardakı bin Ladenlə real Bin Laden arasında fərqləri açıq bir şəkildə görmək mümkündür. 2 may 2011 – ci ildə Obamanın dövründə Pakistanın Allahabad əyalətində Bin Ladenin öldürülmə səhnələri yaşandı. Bir haşiyə çıxmaq istəyirəm həmin öldürülmə ssenarisinin yaşandığı anlarda Amerika rəhbərliyi bir otağa yığılıb əllərində qəhvə oturub bir insanın öldürülmə səhnəsinə baxırdılar. Fərqi yoxdur, bu Bin Ladendir və ya bin Laden deyil. Bu hər hansı bir insanın öldürülmş səhnəsinə əyləncə şousu kimi baxan insanların hökm etdiyi necə bir dünyada yaşadığımızı göstərir. Amma yenə də Bin Laden mifi ABŞ-a Əfqanıstana müdaxilə etmək üçün “əsas” verdi. Niyə Əfqanıstan? Əfqanıstan çox ciddi geosiyasi bir mövqedə yerləşir. Bu ərazilərə sahib olmaq, istər – istəməz ətraf ərazilərə də təsir göstərmək, həmin ərazilərdə də söz sahibinə çevrilmək mənasına gəlir. Əfqanıstan Çinin,Pakistannın, İranın və Rusiyanın sərhədindəki Orta Asya bölgəsinin ortasında yerləşir. Bu dövlətlərin demək olar ki, hamısının ABŞ-ı və transmilli şirkətlərlə bu və ya başqa problemləri mövcüddür. Yəni əslində hər şey çox açıqdır. Eyni zamanda ABŞ Əfqanıstanda narkotrafikin önəmini də bilirdi. Sovetlər Birliyi dağılandan sonra ölkədəki mücahidlər narkotrafikin azaldılması ilə bağlı qərar qəbul etmişdi. Amma ABŞ, daha doğrusu, NATO – nun bu bölgəni işğal etməsindən sonra narkotik dövriyyəsi xeyli artdı. Daha sonra İraq işğal edildi. İraqın önəmi regionda geostrateji mövqeyi və neft ilə bir başa bağlı idi. Bu gün də həmin ərazidəki neft ehtiyatının transmilli neft şirkətlər tərəfindən istehsal edilməsi bunun bariz nümunəsidir. Baş verən bu proseslərlə bağlı indiyə kimi cild – cild kitablar yazılıb və mən əminəm ki, hələ bundan sonra da tədqiqatlar aparılacaq. Bu ərazilərdə xaos və anarxiya bu gün də davam etməkdədir(reaksiya).

www.yenicag.az

826
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv