11 taksi sifarişi operatoruna icazə verilib – RƏSMİ

Taksi və taksi sifarişi operatorlarının fəaliyyətinə icazə tətbiq edilib və 11 taksi sifarişi operatoruna icazə verilib.

Yenicag.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, taksi daşımalarında 9001 buraxılış vəsiqəsi verilib, 8954-ü fərdi sahibkar, 47-i hüquqi şəxs olub.

“11.854 nəqliyyat vasitəsinə buraxılış kartı verilmiş, 683-ü hüquqi şəxslərə, 11.171 isə fərdi sahibkarlara məxsus olmuşdur.

Nəqliyyat vasitələrinin 8367-nin (-71%) istehsal tarixi 2009-2015-ci illər, 3487-nin (-29%) istehsal tarixi isə 2016-2024-cü illər arasında olmuşdur.

25.084 nəfər təlimə cəlb olunmuş, 23.434 nəfər təlimi bitirərək şəhadətnamə almışdır”, – deyə o əlavə edib.

COP29