Azərbaycanın Göyçay rayonunda məktəbli qız bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə rayonun Qaraməryəm kəndində qeydə alınıb. Kənd sakini, 2004-cü il təvəllüdlü Sadıqova Tahirə Azad qızı yaşadığı evdə kustar üsulla düzəldilmiş su qızdırıcısını işə salarkən ehtiyatsızlıqdan edib və elektrik cərəyanı onu vuraraq öldürüb.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Tahirə Sadıqova Qaraməryəm kənd tam orta məktəbinin 5-ci sinif şagirdi olub.