!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

11 yaşlı qız özünütəcrid rejimində 20 rekorda imza atdı - FOTOLAR

!Reklam – Yazi

Rusiyanın Yekaterinburq şəhərində yaşayan 11 yaşlı qız özünütəcrid rejimində 18 dünya və iki milli rekorda imza atıb.

Yenicag.az xəbər verir ki, bu barədə “LifeShot” xəbər yayıb.

Bildirilir ki, məktəbli Karolina Çernıxın karantin rejiminin hökm sürdüyü bir ay ərzində avtomobil itələmə, mismarların üzərində durmaq, ağırlıq daşlarını saxlamaq və s. üzrə təyin etdiyi rekordlar xüsusi saytda qeyd olunub.

Onun son rekordu başı üstə durmaqla bağlı olub. Belə ki, idmançı qız 22 dəqiqə 2 saniyə bu vəziyyətdə qalıb.

“Mən təsəvvür edə bilməzdim ki, özünütəcrid günləri həyatımın ən məhsuldar dövrü olacaq və bu qədər müsbət emosiya gətirəcək”, – deyə, o bildirib.

Lakin məktəbli bununla kifayətlənmək istəmir. O, axırıncı rekordu mayın 9-da təyin etməyə hazırlaşır, qələbəsini isə Böyük Vətən müharibəsində Qələbə gününə həsr etmək istəyir./Oxu.az/

www.yenicag.az

578
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv