Xəzər dənizinin Sumqayıt şəhəri sahillərində yeniyetmə batıb.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü yerli sakin Elnur Aslanoğlu dostları ilə çimərkən boğulub.
Onun “çimmək qadağandır!” bildirişinə məhəl qoymayaraq uzağa üzdüyü və batdığı bildirilir. Bir neçə saat axtarışdan sonra 11 yaşlı yeniyetmənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.