İmişlidə avtomobil azyaşlını vurub.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, İmişli rayon mərkəzində minik avtomobili yolu keçən 2007-ci il təvəllüdlü Vəliyev Əli Anar oğlunu vurub. Xəsarət alan uşaq İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onun vəziyyətinin normal olduğu bildirilir.