Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 110 minə yaxın təhsilalanın sosial müdafiəsi gücləndiriləcək.
Yenicag.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
C.Valehovun sözlərinə görə, dövlət büdcəsinin vəsaiti hesabına 2019-cu ilin martın 1-dən təqaüdlər orta hesabla 20%-ə yaxın artacaq.