Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyə Güləni ABŞ-dan almaqda qərarlıdır, fətullahçılar isə… – Kəşfiyyat oyunu

paralel-den-cia-ya-rica-iade-etme_mTürkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ABŞ-da yaşayan Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı açıqlama verib. Yenicag.az xəbər verir ki, Çavuşoğlu bunları söyləyib: “Gülənlə bağlı məhkəmə qərarı Ədliyyə Nazirliyinə gəlib. Bu mövzuda ABŞ ilə yaxın əməkdaşlığımız var. Bunu amerikanlar çox yaxşı anlayır. Prezidentimizin Obama ilə görüşü zamanı ABŞ prezidenti bildirib  ki, şifahi qismi ilə kifayətlənmək olmaz. Konkret sənədlər olmalıdır. Belə olan təqdirdə biz də hüquqi sənəd formalaşdırdıq. Məhkəmə qərarını verib. Əgər bu məsələ əməkdaşlığımızı ləngitsə, təbii ki, çox təəssüfləndirici hal olar”.

Qeyd edək ki, Türkiyə hüquqi yolla Güləni istədiyi zaman Paralel Şəbəkə də CIA vasitəsi ilə liderlərinin Türkiyəyə verilməməsinə çalışır. Bu barədə TİMETÜRK saytı yazıb.

Saytın yazdığına görə, Türkiyənin tanınmış simalarından Sabri Uzunun “İN” adlı kitabında  Fətullah Gülənin ABŞ-dan sığınacaq istədiyi zaman Paralel Şəbəkəyə məxsus bir sıra yüksək çinli polislərin CIA-dan Gülənin geri verilməməsi üçün xahiş etdiyini qeyd edib.

Qeyd olunub ki, Gülənin Amerikada vətəndaşlıq alması üçün də xahiş olunub. Son bir ildə Türkiyənin məsələyə fərqli münasibəti onları daha da ehtiyatlandırıb. Yazar brifinq bəhanəsi ilə ABŞ səfirliyinə gedən yüksək çinli polislərin məqsədi Gülən üçün xahiş etmək olub.

Yenicag.az

Loading...

www.yenicag.az

476
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100