114 hektar ərazi minalardan təmizləndi

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) iyunun 21-dən 25-dək işğaldan azad olunan ərazilərdə icra olunan əməliyyatlar barədə məlumat açıqlayıb.

ANAMA-dan Yenicag.az-a verilən xəbərə görə, ötən həftə işğaldan azad olunan ərazilərdə piyada əleyhinə 84, tank əleyhinə 74 mina, 134 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Bu müddət ərzində 114 ha ərazi mina və PHS-lərdən təmizlənib.