!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

115 hərbçi Rusiya Qvardiyasından xaric olundu - Ukraynaya getməkdən İMTİNA 

!Reklam – Yazi

Hərbi məhkəmə 115 hərbçinin Rusiya Qvardiyasından xarici edilməsi haqda qərarın qanuniliyini təsdiqləyib. 

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Kabardin-Balkarın Nalçik Qarnizon Hərbi Məhkəməsi 115 hərbçinin müqavilə öhdəliklərinin icrasından imtinaya görə Rusiya Qvardiyasından xaric olunmasına dair qərarın qanuna uyğunluğunu təsdiq edib.

Məhkəmədən bildirilib ki, həmin hərbçilərin xaric olunmaları onların müqavilə öhdəliklərinin icrasından yayınaraq, Ukraynada xidməti vəzifələrini yerinə yetirməkdən imtina etmələri ilə bağlıdır. Məhkəmə iclasında Ukraynada döyüşməkdən boyun qaçıran hərbçilərin əleyhinə çox sayda “intizamsızlıq faktı aşkarlanıb”.

Məhkəmədə müəyyən olunub ki, həmin hərbçilər əmrin icrasından imtina edərək, kollektiv surətdə daimi dislokasiya yerinə qayıdıblar. Nəticədə məhkəmə 115 hərbçinin şikayətini əsassız sayaraq, onların Rusiya Qvardiyasından xarici edilməsi haqda qərarın qanuniliyini təsdiqləyib.

www.yenicag.az

466
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv