117 saylı bağçada BİABIRLIQ: Direktor uşaqlar üçün ayrılmış ərzağı oğurlayır – VİDEO

Bakıdakı 117 saylı bağçadan direktorun uşaqlar üçün ayrılmış ərzağı oğurladığı iddia olunur.

Yenicag.az-a daxil olan görüntülərdə bağça ətrafındakı hündürmərtəbəli binadan direktorun qanunsuz əməli aydın şəkildə görünür.

Bir neçə şəxs tərəfindən bağçadakı ərzaq maşınların baqaj hissəsinə yığılaraq aparılır. Bağça direktorunun ərzağı evinə apardığı iddia olunur.

Qeyd edək ki, sözügedən bağçanın direktoru Solmaz Hacıyeva zaman-zaman mətbuat səhifələrində özünə “yer etməyi” bacarır. Son olaraq pandemiya dövründə direktorun bağça çalışanlarını işdən çıxardığı iddia edilmişdi.

Direktorun ərzqları bağçadan çıxarmasını özündə əks etdirən görüntüləri təqdim edirik: