!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

12 güv əvvəl toyu olmuşdu: Suda çimərkən öldü - FOTO

!Reklam – Yazi

Masallı rayonunda istirahət mərkəzində bədbəxt hadisə baş verib.

Yenicag.az xəbər verir ki, hadisə “İstisu” istirahət mərkəzində qeydə alınıb.

Belə ki, Cəlilabad rayonunun Bədirli kənd sakini, 1996-cı il təvəllüdlü Zamin Seyfulla oğlu Baxışov Viləş çayının istirahət mərkəzinin ərazisindən keçən hissəsində çimərkən dünyasını dəyişib.

İlkin ehtimala görə, o, ürəktutmasından vəfat edib.

Mərhumun avqustun 7-də toyu olub. O, istirahət mərkəzinə ailəsi ilə birlikdə gedibmiş.

Faktla bağlı araşdırma aparılır./Report/

www.yenicag.az

1536
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv