!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

12 nəfər COVID-19 pasportu olmadığına görə toya buraxılmadı

!Reklam – Yazi

Avqustun 26-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 3 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən Yenicag.az-a verilən məlumat görə, monitorinq 1 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

– 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

– 12 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

www.yenicag.az

362
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv