12 şagirdimiz Koreyanın KAIST Universitetinə qəbul olundu

Müxtəlif olimpiadaların qalibi olan şagirdlər Koreyada universitetə qəbul ediliblər.

Bu barədə Yenicag.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə beynəlxalq olimpiada qalibləri, eyni zamanda, respublika fənn olimpiadalarının qalibi olan 12 şagird – Amin Cəfərzadə, Asiman Ziyəddinov, Cavad İsmayılzadə, Elçin Musazadə, Fəxriyyə Məmmədova, Nəriman Şirinli, Ömər Əfəndi, Məshəti Piriyeva, Toğrul Abbasov, Salman Hüseynov, Səid Nəsibov, Yusif Qasımov Koreya Respublikasının KAIST Universitetinə qəbul olunub.