12 yaşlı oğlanı MAŞIN VURDU

Bakıda 12 yaşlı oğlanı avtomobil vurub.

Yenicag.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində 2010-cu il təvəllüdlü Qasımlı Turhan Tural oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.