Nigeriyanın şimal-şərqindəki Damaturu şəhərinin avtovağzalında kamikadze qız terror aktı törədib.
Yenicag.az xəbər verir ki, partlayış nəticəsində 7 nəfər ölüb, 31 nəfər yaralanıb.
Məlumata görə, üzərinə partlayıcı qurğu quraşdırılmış 12 yaşlı qız avtovağzalda izdihama yaxınlaşaraq partlayıcı qurğunu işə salıb.
Partlayışın “Boko Haram” terror qruplaşması tərəfindən hazırlandığı ehtimal edilir.