Paytaxtın Suraxanı rayon sakini 2010-cu il təvəllüdlü azyaşlının cinsi zorakılığa məruz qalması ilə bağlı anasının müraciəti əsasında Suraxanı rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilir ki, cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
***
Bakıda 12 yaşlı qız zorlanıb.
Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini İ.A. (ad şərtidir) polisə ərizə ilə müraciət edərək, qızı, 2010-cu il təvəllüdlü M.R.-nın (ad şərtidir) 2 nəfər tərəfindən zorlandığını və zorlanma anının videoya çəkildiyini bildirib.
Daxil olan şikayət əsasında əməliyyat axtarış tədbirlərinə başlanılıb.