12 yaşlı qızı it dişlədi

Kürdəmir rayonunda 12 yaşlı qızı it dişləyib. 

Yenicag.az “Report”-a istinadən xəbər verir ki, hadisə rayonun Muradxan kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 2007-ci il təvəllüdlü Xanım Rafel qızı Məmmədovanı it dişləyib. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yeniyetməyə quduzluq əleyhinə peyvənd vurulub.