!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

12 yaşlı qızı zorlayan pedofil tutuldu – ŞOK TƏFƏRRÜAT+FOTOLAR

!Reklam – Yazi

Bir neçə gün öncə Saratov əyalətinin Krasnoarmeysk şəhərinin sakinləri 12 yaşlı qızın axtarışına başlayıblar. Məktəbli qızın axtarışı haqqında informasiya bütün sosial şəbəkələrdə yayılıb.

Yenicag.az bildirir ki, aprelin 8-də 12 yaşlı qız nənəsinə baş çəkmək üçün evdən çıxıb və geri qayıtmayıb. Axtarışa başlayan polis əməkdaşları qızın cəsədini aprelin 10-da şəhər kənarında dərədə aşkar ediblər.

Ekspertlər cəsədin üzərində zorakılıq əlamətləri qeydə alıblar.

  • Üzündəki çapıq cinayətkarı ələ verib…

Polis əməkdaşları şahidləri dindirərkən məlum olub ki, hadisə baş verən gün cinayət yerinin yaxınlığında şübhəli şəxs qismində bir kişi görülüb. Şahidlər idman geyimində olan kişinin üzündə yaranın olduğunu xüsusi olaraq qeyd ediblər. Bundan sonra polislər şəhər sakinlərindən bu kişini tapmağa kömək etməklərini istəyiblər və aprelin 12-də şübhəli tutulub.

İstintaqın versiyasına görə, aprelin 8-də 25 yaşlı kişi, sərxoş vəziyyətdə olaraq, 12 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Zorakılıq əməllərini ört-basdır etmək üçün zərər çəkmişi öldürməyə qərar verib. Ən azı 3 dəfə boyun nahiyəsinə bıçaqla vurduqdan sonra, cəsədi dərədə gizlədib və üstünü quru budaqlarla örtüb.

  • Qan itirərək, işgəncəli ölüm…

Ekspert rəyinə əsasən, zavallı uşağın ölümü kəskin qan itirmə nəticəsində baş verib. Cinayətkar daha əvvəl mühakimə edilmiş şəxs olub.

Saxlanılan barəsində “azyaşlı qətli” maddəsi üzrə cinayət işi qaldırılıb və onu ömürlük azadlıqdan məhrum edilmə gözləyir.

Zaur H.

www.yenicag.az

5489
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv