Reklam: High Technic
hightechnic

12 yaşlı şagird tapança ilə müəllimini öldürmək istədi - Sinifə daxil olub...

12 yaşlı məktəbli müəllimini öldürmək istəyib.

Yenicag.az xəbər verir ki, hadisə ABŞ-ın Ayova ştatında qeydə alınıb.

Avqustun 31-də Eldridj şəhərində baş verən hadisə zamanı məktəbli tapança ilə sinifə daxil olub. Şagird tapançanı müəlliminin üzünə tərəf tutsa da, xoşbəxtlikdən silahın qoruyucusu açılmayıb.

Hadisə yerinə gələn polis şagirdi saxlayıb. Məlum olub ki, onun əlindəki tapançanın maqazinində cəmi bir güllə olub.

Müvəqqəti saxlanılma təcridxanasına aparılan məktəblinin silahı haradan aldığı hələlik məlum deyil.

Qeyd edək ki, ABŞ məktəblərində tez-tez belə hadisələr baş verir. Belə ki, bu ilin fevralında Florida ştatında yerləşən məktəbə silahlı hücum zamanı 17 nəfər öldürüb. Bundan başqa mayın 18-də baş verən hadisədə də 8 şagird və iki müəllim qətlə yetirilib.

www.yenicag.az

3238